Cümə axşamı, 02 May

"Liverpul" 3 futbolçusunu satışa çıxarıb

image

"Liverpul" qış transfer pəncərəsi öncəsi 3 futbolçusunu satışa çıxarıb.

Xəbər verilir ki, bu bardə “Calciomercato” məlumat yayıb.

Bildiriib ki, bunlar müdafiəçi Nataniel Fillips, yarımmüdafiəçilər Nabi Keyta və Aleks Oksleyd-Çemberlendir.

25 yaşlı Nataniel Filips “Bolton”un yetirməsidir. O, 2016-cı ildə "Liverpul"a keçib, lakin o vaxtdan bəri komandada cəmi 25 oyuna çıxıb və vaxtının çoxunu icarəydə keçirib. Tərəflər arasında müqavilənin müddəti 2025-ci ildə başa çatır.

27 yaşlı Nabi Keyta 2018-ci ilin yayında "Leyptsiq"dən 60 milyon avroya alınıb. Bu mövsüm yarımmüdafiəçi "Mançester Siti" ilə Superkubok matçında cəmi 5 dəqiqə meydanda olub. O hazırda ağır zədədən sonra bərpa prosesindədir.

29 yaşlı Oksleyd-Çemberlen isə 2017-ci ilin yayında 38 milyon avroya "Arsenal"dan "Liverpul"a keçib. O, bu mövsüm Premyer Liqada iki matçda cəmi 15 dəqiqə meydanda olub.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15